Azərbaycan millisi Ukraynaya uduzdu
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda 4-cü turda səfərdə Ukrayna ilə qarşılaşıb.
Polşanın Krakov şəhərinin "Krakoviya" stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib.
Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışsa da, yekunda meydandan 1:2-lik yenilgi ilə ayrılıb.
Bu qrupun digər matçında isə İslandiya millisi Fransa ilə bərabərə qalıb - 2:2.
13 oktyabr
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
Ukrayna - Azərbaycan - 2:1
Qollar: Aleksey Qutsulyak, 30 (1:0), Vitali Mikolenko-avtoqol, 45+3 (1:1), Ruslan Malinovski, 64 (2:1)
Baş hakim: Sebastian Gişamer
"Krakoviya" stadionu