
Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi məlum olub.
Sportliqa.az xəbər verir ki, bu vəzifə isveçrəli Luka Qabriloya tapşırılıb.
Yeni mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.
Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.