Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Pressing.az xəbər verir ki, nəticədə 1/8 finala adlayan son komandalar da müəyyənləşib.
"Sumqayıt" "Zaqatala"nı mübarizdən kənarlaşdırıb."Şahdağ Qusar" "Şimal", "Difai" isə "Xankəndi" səddini keçib.
Digər görüşdə "Qəbələ" "Mingəçevir"i qəbul edib və rəqibinə 5:1 hesabı ilə qalib gəlib. "Şamaxı" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Bu gün həmçinin "Neftçi" MOİK-i qəbul edib. Görüş "ağ-qaralar"ın 6:2 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Zirə" ilə üz-üzə gələcək.
29 oktyabr (çərşənbə)
14:00. “Şimal” – “Şahdağ Qusar” - 0:2
Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu
14:00. “Xankəndi” – “Difai” - 1:2
Qollar: E.Quliyev, 45+2 - M.Musazadə, 61, B.Qurbanov, 71
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu
14:00. “Zaqatala” – “Sumqayıt” - 0:3
Qollar: A.Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç, 85
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu
16:00. “Qəbələ” – “Mingəçevir” - 5:1
Qol: Domi Massumo, 44. Prins Ovusu, 50; 54; 63. Nuğay Rəşidov, 66 - Cona Attukuaye, 57.
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Qəbələ şəhər stadionu
16:00. “Səbail” – “Şamaxı” - 0:1
Qol: Alfons Msanqa, 49
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
“ASCO Arena”