Misli Premyer Liqasında 10-cu tur davam edir.
Sportliqa.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.
“Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edib. "Zirə" əvvəlcə hesabda geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanmağı bacarıb. 10 turdan sonra 5 xalı olan Yevlax klubu 11-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 19 xalla 2-cidir.
Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkir. Hazırda “ağ-qaralar” 12 xalla turnir cədvəlində 8-ci yeri tutur. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanacağı halda “Neftçi” turnir cədvəlində iki pillə irəliləyəcək. “Kəpəz” isə 3 xalla sonuncudur.
10-cu tur
1 noyabr (şənbə)
17:00. “Neftçi” - “Kəpəz” - 0:0 (Birinci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”
14:00. “Karvan-Yevlax” - “Zirə” - 2:3
Qollar: İ.Barker, 29 (1:0), B.Konate, 57 (1:1), K.Spensi, 62 (2:1), L.Mikels, 74 (2:2), A.Qomis, 87 (2:3)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.