AFFA bir neçə komandaya texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsi bir neçə komandaya texniki məğlubiyyət verib.
Sportliqa.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Region Liqasında çıxış edən “Olimpik Sabirabad”, “Mübariz FA” və “Ağsu Siti” bu halla üzləşiblər. Onlar müqafiq olaraq “Aran”, “Real” və “Ağcabədi” ilə duellərdə təhlükəsizliyi təmin etmədiklərinə görə matç baş tutmayıb və texniki məğlubiyyət alıblar.
AFFA U-14 Liqasında “Araz Baku” “Neftçi” İK ilə görüşdə təyin olunan vaxtda meydanda olmadığı, eyni çempionatdakı “Difai” “Kürdəmir”lə qarşılaşmada protokolu vaxtında tərtib etmədiyi üçün eyni cəzanı alıb.
U-14 Liqasında Ağcabədinin “Hindarx” kollektivində “Ağdam”la oyunda, “Qax 1967″də isə “Kürmük”lə (Qax) görüşdə heyətdə yetərsay olmayıb. Hər iki komanda texniki məğlubiyyətlə üzləşib.
U-13 Liqasında isə “Göztəpə Bakı” “Real Leon”la qarşılaşmada vaxtında meydana çıxmayıb, “Ümid” komandasında isə “Gəncəvi” ilə matçda yetərsay olmayıb. Bu klublar da texniki məğlubiyyətdən qaça bilməyiblər.