Azərbaycan millisi noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
[b]Pressing.az [/b]AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.
Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Kayzerslautern”də çıxış edən Mahir Emreli heyətdə yer almayıb. 27 yaşlı hücumçu ötən gün 9 turdan sonra klubunun formasında meydana çıxsa da, zədələndiyi üçün əvəzlənib. O, meydanı göz yaşları içində tərk edib. Görünür, Mahirin zədəsi ciddidir.
Azərbaycan millisi noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığması, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Səlahət Ağayev (“Qəbələ”), Rza Cəfərov (“Neftçi”)
Müdafiəçilər: Elvin Bədəlov (“Neftçi”), Bəhlul Mustafazadə (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Abbas Hüseynov (“Qarabağ”), Elvin Cəfərquliyev (“Qarabağ”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya)