İtaliyanın “Atalanta” klubu baş məşqçi İvan Yuric ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, 50 yaşlı xorvat mütəxəssis birinci komandanın baş məşqçisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, o, Can Pyero Qasperin ilə yolların ayrılmasından sonra iyun ayında “Atalanta”nın baş məşqçisi təyin olunmuşdu. Yuricin rəhbərliyi altında komanda 15 oyuna çıxıb, bunlardan 4-ü qələbə, 8-i heç-heçə və 3-ü isə məğlubiyyətlə nəticələnib. Komanda ardıcıl 8 oyundur qələbə qazana bilmir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.