Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Azərbaycan Həndbol Federasiyasından Sportliqa.az-a verilən məlumata görə, baş məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi komandanın tərkibində Alyona Barbakadze, Azaliya Həsənova, Dinara Süleymanova, Elnarə İbrahimova, Günel Əliyeva, İranə Şükürova, İrina Mixalkoviç, Kamilə Bayramova, Lyubov Rəsulova, Marta Abbasova, Mehparə Əliyeva, Rəna Həsənova, Sabina Smaqina, Səkinə Musayeva, Ülviyyə Şərifova və Yelizaveta Səlimova yer alıblar.
Noyabrın 13-21-də keçiriləcək yarışlarda yığma B qrupunda Qazaxıstan, Özbəkistan və Qətər komandaları ilə mübarizə aparacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.