Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinatlarını alıblar.
Sportliqa.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Nilüfer Bələdiyyəspor” (Türkiyə) – “Red Boys”(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.
Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.
Oyun noyabrın 16-da, Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Kompleksində keçiriləcək.