Azərbayca millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün son oyununa çıxacaq.
Yığmamız Fransa seçməsi ilə üz-üzə gələcək.
Sportliqa.az xəbər verir ki, Ayxan Abbasov millinin heyətində dəyişiklik edilib.
Belə ki, komandamızın sol cinah müdafiəçisi Rüfət Abbasov bu matçda iştirak etməyəcək. O, iki gün sonra Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Cəbəllüttariq yığması ilə keçirəcəyi oyuna yollanacaq.
Abbasov isə onun yoxluğunda start heyətində Rəhman Daşdəmirova şans verəcək.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması saat 21:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.