Azərbaycanın iki qılıncoynadanı İslamiadada medal qazanıb
18 Noyabr 2025 10:05
Azərbaycanın iki bir qılıncoynadanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Sportliqa.az xəbər verir ki, sablya növü üzrə yarışda Polina Kaspiarovic fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, yarımfinalda özbəkistanlı rəqibinə məğlub olmaqla bürünc medala sahib çıxıb.
Digər qılıncoynadanımız Vahab Fətullayev də fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, yarımfinalda məğlub olmaqla bürünc medal əldə edib.