21 yaşadək futbolçulardan ibarət Azərbaycan millsi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Rəşad Eyyubovun çalışdırdırdığı millimiz 5-ci matçında səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Europa Point Stadium”da keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi bundan əvvəl 2 oyunda uduzub, 2 görüşdə isə heç-heçə edib. Komanda hazırda 5 xalla 5-ci pillədədir.
Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.
18 noyabr
22:00.Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) - 0:1
Qol:Murad Məmmədov, 54
Baş hakim: Andrei Çivulete (Rumıniya)
“Europa Point Stadium”.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.