Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub.
Sportliqa.az xəbər verir ki, yığmamız IV turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.
Bu nəticə sayəsində Azərbaycan millisi 1/4 finala yüksəlib və bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.
Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadır.
Qeyd edək ki, dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.