Azərbaycanın həndbol millisi Böyük Britaniyaya məğlub olub
Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən “IHF Trophy” beynəlxalq turnirində ilk oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, yığma Böyük Britaniya ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 32:27 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 noyabrın 30-dək təşkil olunacaq yarışda Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.