Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində kikboksinqin "Light Contact" və "Kick Light" versiyalarında qızıl medal qazanıb.
O, "Light Contact" növündə Sinqx Qurmare (Böyük Britaniya), Emanuel Kortes (Portuqaliya), Simone Kaloqeronu (İtaliya), "Kick Light" növündə isə Ola Alvarsson (İsveç), Bencamin Qallant (Kanada) və S.Kaloqeronu məğlub edib.
Qeyd edək ki, turnirə noyabrın 30-da yekun vurulacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.