Nərgiz Süleymanova ilk dəfə Avropa çempionatında iştirak edəcək
Nərgiz Süleymanova Avropa çempionatında iştirak edəcək ilk azərbaycanlı fiqurlu konkisürən olacaq.
Sportliqa.az xəbər verir ki, bu barədə Qış İdmanı Növləri Federasiyası məlumat yayıb.
İdmançı vəsiqəni 27-30 noyabrda İstanbulda keçirilən "Bosphorus Cup"da qısa və sərbəst proqram üzrə çıxış zamanı əldə edib. N.Süleymanova 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medala sahib olub.
Digər fiqurlu konkisürən Səbinə Əliyeva 137.22 xal toplayaraq 6-cı, Arina Kaluqina isə 154.85 xalla 5-ci yeri tutublar.