Bizon Azərbaycan Kuboku:
"Turan Tovuz" "Şahdağ Qusar"a, "Zirə" "Neftçi"yə qarşı
Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi başlayır.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
"Şahdağ Qusar" "Turan Tovuz"la üz-üzə gələcək.
"Neftçi" isə "Zirə"nin qonağı olacaq.
Qeyd edək ki, bu mərhələnin matçları bir oyundan ibarətdir.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları 3-4 dekabrda keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr
15:00. “Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“SOCAR Polymer Arena”.
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə. İdman Kompleksinin stadionu.