Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
Sportliqa.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.
I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkib. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından bu matç Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutub. "Turan Tovuz" 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb. Tovuz təmsilçisi növbəti mərhələdə “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.
Günün digər matçı isə Zirədə baş tutub. “Zirə” “Neftçi” ilə üz-üzə gəlib və əlavə vaxtda - 116-cı dəqiqədə vurduğu qol sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Onların rəqibi 1/4 finalda “Difai" - "Sumqayıt" cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.
Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.
Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr
19:00. "Zirə" - "Neftçi" - 1:0
Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu