"Sabah", "Şamaxı" və "Qarabağ"dan qələbə
Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir.
Sportliqa.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 3 matç başa çatıb.
"Şamaxı" evdə "Bakı Sportinq"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası 1/4 finalda "Qarabağ" - "Karvan-Yevlax" matçının üstün olan tərəfi ilə qarşılaşacaq.
Həmçinin kubokun son sahibi "Sabah" "İmişli"nin qonağı olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə "Sabah" daha 1 qol vuraraq 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə “Qəbələ" - "Şəfa" cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Günün son matçında "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edib. Qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün "Turan Tovuz" və "Zirə" 1/4 finala adlayıblar.
Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunur.
Bizon Azərbaycan Kuboku
1/8 final
3 dekabr
19:00. "Qarabağ" – "Karvan-Yevlax" - 3:0
Qollar: Nəriman Axundzadə, 80, Elvin Yunuszadə, 83-avtoqol, Nəriman Axundzadə, 89
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
"Azərsun Arena"
14:00. "Şamaxı" – "Bakı Sportinq" - 1:0
Qol: Abdullahi Şuaybu, 69
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu
14:00. "İmişli" – "Sabah" - 1:2
Qollar: Coy-Lens Mikels, 59 (0:1), İbrahim Əliyev, 89-pen. (1:1), Kahim Parris, 96 (1:2)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Quba OİK stadionu