Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib.
"Qəbələ" 1-ci liqanın hazırkı lideri "Şəfa"nı qəbul edib və hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Kaxaber Sxadadzenin komandası bu mərhələdə "Sabah"a rəqib olub.
"Sumqayıt" "Difai"ni 3:1 hesabı ilə üstələyib. 1/4 finalda "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə qarşılaşacaq.
Digər matçda "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib. Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda isə "Kəpəz" 1 qol vuraraq növbəti mərhələyə vəsiqə qazanıb. Gəncə klubu 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsi bir oyundan ibarətdir.
4 dekabr
Bizon Azərbaycan Kuboku
1/8 final
19:00. "Araz-Naxçıvan" – "Kəpəz" - 0:1
Qol: Ohori, 115 (0:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
"Liv Bona Dea Arena"
19:00. "Difai" – "Sumqayıt" - 1:3
Qollar: Ronaldo Vaskez, 9 (0:1), Kamil Qardaşlı, 67 (1:1), Ronaldo Vaskez, 75 (1:2), Aleksandr Ramalinqom, 90+3 (1:3)