Qadın və kişi cüdoçular arasında keçirilən Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 7 çəki dərəcəsi üzrə 107 cüdoçu mübarizə aparıb.
İlk gündə Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Mədinə Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.