
İngiltərə Premyer Liqasının 7-ci turunda keçirilmiş "Tottenhem" - "Liverpul" oyununda VAR qərarı müzakirələrə səbəb olub.
Sportliqa.az xəbər verir ki, "qırmızılar"ın vingeri Luis Diasın vurduğu qolu VAR ofsayd səbəbindən ləğv edib. Lakin matçın fasiləsində "Sky Sports" kanalında Premyer Liqanın hakimlər birliyi epizodu dəyərləndiriblər və qərarın yanlış olduğunu deyiblər:
"Açıq-aşkar qoldur və qərar yanlışdır. İnsan səhvini VAR sığortalamadı. Mərkəzi Hakimlər Birliyi bu epizodla bağlı "Liverpul" klubu ilə danışacaq".
Oyundan sonra qonaqların baş məşqçisi Yurgen Klopp olduqca sərt danışıb: "Həyatımda belə ədalətsiz oyun görməmişdim. Epizodda ofsaydın olmadığı aşkar görünür. Mərkəzi Hakimlər Birliyinin səhv qərar verdiklərini deməsi guya nəyi dəyişir ki? "Mançester Yunayted"lə oyunda da buna oxşar epizodla üz-üzə qalmışdıq. VAR gələndə hər şeyin yaxşı olacağına inanmışdıq, bəs nə oldu?"
Komandanın kapitanı Vircil van Deyk də narazılıq edib: "İnancımı itirirəm. VAR odasında belə ədalətsiz qərarı kimin verdiyini bilmirəm".
Qeyd edək ki, "Liverpul" azlıqda qaldığı anda hesabı bərabərləşdirib, ardınca önə çıxsa da, hakim qolu qeydə almayıb. "Tottenhem" 90+6-cı dəqiqədə qələbə qolunu vurub.