İngiltərə Premyer Liqasının 7-ci turunda keçirilmiş "Tottenhem" - "Liverpul" oyununun VAR hakimləri cəzalandırılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə İngiltərə Peşəkar Hakimlər Birliyi açıqlama yayıb. Məlumata əsasən, matçın VAR hakimləri - Den Kuk və Derren İnqlend bu həftənin matçlarından çıxarılıblar.
Derren İnqlend bu gün "Nottinqem Forest" - "Brentford" matçına 4-cü hakim kimi təyinat almışdı. Den Kuk isə bazar ertəsi keçiriləcək "Fulhem" - "Çelsi" matçında 4-cü hakim olacaqdı.
Qeyd edək ki, "Tottenhem" - "Liverpul" oyununda qonaqların 34-cü dəqiqədə vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb. Lakin epizodun təkrarında bunun əksi görünüb. Buna baxmayaraq, VAR qolu qeydə almayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az