İngiltərədə azarkeş adına növbəti rüsvayçı hal yaşanıb.
Sportliqa.az xəbər verir ki, “Şeffild Uensdey” klubunun 2 azarkei 2017-ci ildə xərçəng xəstəliyindən vəfat edən “Sanderlend” klubunun azarkeşi Bredli Lourini ələ salıblar. Hadisə Çempionşipin 9-cu turunda keçirilmiş “Şeffild Uensdey” – “Sanderlend” matçında baş tutub.
Britaniya polisi həmin foto ilə rişxənd etdiklərinə görə iki nəfəri həbs edib. Klub və polis hadisəni araşdırdıqlarını bildirib və "Sanderlend" azarkeşlərindən, eləcə də Bredlinin yaxınlarından üzr istəyiblər.
Ötən gün mərhumun anası həmin 2 azarkeşi tənqid edərək, onların hərəkətindən məyus olduğunu deyib. Cənubi Yorkşir polisi bildirib: “Polislər futbol matçından sonra ictimai asayişin pozulması ilə bağlı davam edən istintaqla əlaqədar iki şəxsi həbs ediblər”.
Altı yaşında vəfat etmiş “Sanderlend” azarkeşi qısa ömrünü xərçəng xəstəliyinə qarşı mübarizə sərf etmişdi. İngiltərə millisinin keçmiş üzvü Jermeyn Defo azyaşlı azarkeşlə sıx əlaqə qurmuşdu. Altı il əvvəl Bredli Louri xərçənglə mübarizə apardığı üçün meydanda və meydandan kənarda britaniyalı azarkeşlərin qəlbini fəth etmişdi.