Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib.
Sportliqa.azsaytının məlumatına görə, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın ilk günündə yeniyetmə qızlar, oğlanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər bəlli olub.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.