“Fənərbağça” klubunun prezidenti Sadettin Saran barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbir görülüb.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisinin mətbuat xidməti bu barədə məlumat yayıb. Belə ki, haqqında narkotik maddələr qəbul etməsi barədə xəbərlər yayılan 61 yaşlı klub rəhbərinin saxlanıldığı açıqlanıb.
Bildirilir ki, Sadettin Saran narkotik vasitələrin əldə olunması, istifadəsi və bu prosesə şərait yaradılması ilə bağlı şübhəli şəxs qismində istintaqa cəlb edilib. Onun yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az