Azərbaycan millilərinin sabiq futbolçusu İsmail Karakaş həbs olunub.
Sportliqa.az xəbər verir ki, müdafiəçi İstanbul Prokurorluğunun Türkiyə futbolunda qanunsuz mərclərlə bağlı əməliyyatlar çərçivəsində həbsinə order verdiyi 14 oyunçudan biridir.
Xatırladaq ki, hazırda Türkiyənin 3-cü liqasında mübarizə aparan “Erciyes 38” klubunun oyunçusu olan 26 yaşlı futbolçu Azərbaycanın U-17 və U-19 yığmalarında forma geyinib.
O, U-19-un heyətində 3, U-17-də 11 oyun keçirib. Karakaş 2017-ci ildə Bakıda keçirilən U-17 Avropa çempionatında millimizin üzvü olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az