14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb.
Sportliqa.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə son 6 çəkidə 129 idmançı tatamiyə çıxıb.
Qızlar arasında 44, 57, +70 kq, oğlanlarda isə 46, 60 və +73 kq çəki dərəcələrində mükfatçılar bəlli olub.
Qızlar
44 kq
1. Ayla Məmmədli (AHİTA)
2. Fatimə Əli (Olp-Par Sumqayıt)
3. Səidə Səfərli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ), Nərmin Niftalızadə (Şuşa UGİM)
57 kq
1. Arzu İmanzadə (RKİM)
2. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)