Azərbaycan Basketbol Liqasında 12-ci tura bu gün yekun vurulub.
Sportliqa.az xəbər verir ki, sonuncu matçda “Gəncə” “Abşeron Lions”un qonağı olub.
Qarşılaşma abşeronluların qələbəsi ilə yekunlaşıb – 98:93.
“Abşeron Lions” A qrupunda 23 xalla birinci, “Gəncə” 16 xalla dördüncü pillədə qərarlaşıb.
Turun əvvəlki oyunlarında “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” “Sumqayıt”ı (97:80), “Sabah” NTD-ni (121:76), “Neftçi” “Şəki”ni (82:60) üstələyib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az