Azərbaycan karateçisi Tbilisidə beynəlxalq turnirdə gümüş medal qazanıb
12 Yanvar 2026 11:00
Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Gürcüstanda keçirilən beynəlxalq turnirdə çıxış edib.
Sportliqa.az xəbər verir ki, idmançımız Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi "Karate 1 seriya A" turnirində ikinci yeri tutub.
Sadıqova gümüş medalı 55 kq çəki dərəcəsində qazanıb.
Azərbaycan 70-dən çox ölkədən 1200-ə yaxın karateçinin iştirak etdiyi mötəbər yarışda 21 idmançı ilə təmsil olunur.