Azərbaycanın fiqurlu konkisürənləri Samanta Ritter və Daniel Brikalov ikilisi Bolqarıstanda keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Sportliqa.az xəbər verir ki, Sofiyada baş tutan yarışda ölkəmizi buz üstündə rəqs növündə təmsil edən cütlük bürünc medal qazanıb.
Təmsilçilərimiz “Sofia Trophy” turnirində 11 tandem iştirakçı arasında 171,75 xal toplayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az