Basketbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir matçı keçirilib.
Sportliqa.az xəbər verir ki, Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşan “Quba” 105:98 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi “Sabah” olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.
Daha əvvəl “Neftçi” 1/4 finala yüksələrək “Gəncə” kollektivinə rəqib olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.