“Qarabağ”ın və milli komandamızın sabiq üzvləri Ayhan Arazlı ilə Xəqani Sadıqov futbolçu karyeralarını erkən yaşda başa vurmaq qərarına gəliblər.
Futboldan uzaqlaşmaq niyyətində olmayan keçmiş futbolçular fəaliyyətlərini başqa istiqamətdə davam etdirməyi planlaşdırırlar.
AFFA-dan sportliqa.az-a daxil olan məlumata görə, Ayhan Arazlı və Xəqani Sadıqov özlərini futbol hakimliyində sınamaq istəyirlər. Bu məqsədlə onlar artıq ilkin mərhələdə hakimlik kurslarına başlayıblar.
Elsevər Muradzadə
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az