AFFA rəsmiləri Türkiyədə səfərdə olublar.
Sportliqa.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Baş katibin müşaviri Orxan Həsənov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəhbəri Sabir İsmayılov Türkiyə Futbol Federasiyasına məxsus Riva Həsən Doğan Milli Komandaların Təlim-Mərkəzinə təcrübə səfəri həyata keçiriblər.
Səfər çərçivəsində yerli federasiyanın infrastruktur üzrə məsul nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və Təlim-Mərkəzin ümumi ərazisinə baxış təşkil olunub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.