Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, U-21 millimiz 1-ci Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.
“Dalğa Arena”nın məşq meydançasında keçirilən görüş Rəşad Eyubovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az