Azərbaycan Basketbol Liqasında 15-ci turun daha bir oyunu baş tutub.
Sportliqa.az xəbər verir ki, günün ilk matçında “Gəncə” “Şəki”ni qəbul edib. A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 95:80.
Günün ikinci görüşündə “Neftçi” NTD ilə üz-üzə gələcək.
14-ci turda “Ordu” “Lənkəran”ı (103:63), “Naxçıvan” “Quba”nı (82:70), “Sərhədçi” “Sumqayıt”ı (98:94), “Sabah” “Abşeron Lions”u (117:96) məğlub edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.