14–15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri keçiriləcək.
Sportliqa.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.