Bu gün Kərim Kərimov adına 8 saylı tam orta məktəbin rəhbərliyinin dəvəti əsasında qızların futbola marağının artırılmasına yönəlmiş tədbir çərçivəsində görüş keçirilib.
Sportliqa.az xəbər verir ki, Səbail rayonu üzrə Məktəbli Qızlar Turnirində iştirak edən komanda ilə baş tutan görüşdə məktəbin direktoru Aytən Baxşıyeva, AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva və departamentin əməkdaşları, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, eləcə də millinin futbolçuları iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd qızlar arasında futbolun inkişafının təşviqi, idmana marağın artırılması və sağlam həyat tərzinin təbliği olub. Görüş zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gənc idmançılara motivasiyaedici tövsiyələr verilib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az