Millətlər Liqası: Azərbaycanın rəqibləri müəyyənləşdi
Azərbaycan millisinin UEFA Millətlər Liqasının yeni mövsümündəki rəqibləri müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, yığmamız D Liqasının 2-ci qrupunda yer alıb.
Komandamız bu mərhələdə Litva və Lixtenşteyn seçmələri ilə mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə cari ilin sentyabrın 24-də start veriləcək.