Azərbaycan çempionatında 7-ci tura yekun vuruldu
Həndbol üzrə Azərbaycan çempionatlarında 7-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, qadınların mübarizəsində “Qarabağ” “İdman Akademiyası” ilə heç-heçə edib – 27:27.
“Təhsil” “Bakı”ya (32:20), “Kür” “Azəryol”a (24:21) qalib gəlib.
Kişilərin yarışında “Qarabağ” “Bakı”ya uduzub – 21:28. “Təhsil” isə “Azəryol”la dueldən məğlub ayrılıb – 23:25.