Volyebol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib
Sportliqa.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında 14-cü tura start verilib.
Turun ilk oyun günündə “Murov Az Terminal” və “Gənclər” komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində baş tutan matç “Murov Az Terminal”ın 3:0 (25:16, 25:14, 25:14) hesablı qələbəsi ilə başa çatıb.
Qadınlar arasında yarışda isə 13-cü tura yekun vurulub. Son matçda “Gəncə” kollektivi “Gənclər”i 3:0 (25:10, 25:10, 25:9) hesabı ilə məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az