Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.
Sportliqa.az xəbər verir ki, bu haqda federasiyanın yaydığı məlumatda bildirilir.
Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.
Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Ə.Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az