Zinədin Zidan məşqçiliyə qayıtmağa hazırlaşır.
Sportliqa.az xəbər verir ki, fransalı mütəxəssis ölkəsinin milli komandasını çalışdıracaq. Bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.
Zidan dünya çempionatından sonra yığmada Didye Deşamı əvəz edəcək. Artıq Fransa Futbol Federasiyası ilə 53 yaşlı məşqçi arasında müqavilə barədə şifahi razılıq əldə olunub.
Qeyd edək ki, Zinədin Zidanın son iş yeri "Real" olub. O, 2021-ci ilin yayında İspaniya klubundan ayrılıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az