Millimiz Belarusa qalib gəldi
Bu gün Azərbaycanın U-18 millisi Beynəlxalq İnkişaf Turnirində üçüncü oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, yığmamız B rupunda Belarus ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd edək ki, millimiz bunadək sözügedən tunirdə Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.