Azərbaycan çempionatının qalibi müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Sportliqa.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov – Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.
Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Aydın Süleymanlı Read Səmədovu ikinci görüşdə də məğlub edib. 2-0 hesablı qələbə qazanan Aydın ölkə çempionatının bürünc medalçısı oldu.
Qadınların yarışında Ayan Allahverdiyeva ağ fiqurlarla Ülviyyə Fətəliyevanı məğlub edib. İki görüşdən sonra hesab 1-1 olduğundan qadınlar arasında çempion sabah tay-brekdə məlum olacaq.