PSJ-nin yarımmüdafiəçisi Joao Neveş paytaxt klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportliqa.az xəbər verir ki, insayder Fabrisio Romanonun məlumatına görə, Paris təmsilçisi 21 yaşlı portuqaliyalı futbolçu ilə razılıq əldə edib. Yeni müqavilə şərtlərinə əsasən, oyunçunun maliyyə şərtləri yaxşılaşdırılacaq və sözləşmə 2030-cu ilin iyununa qədər qüvvədə olacaq.
Neveş 2024-cü ilin yayında Portuqaliya "Benfika"sından PSJ-yə transfer olunub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az