"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını MLS-də davam etdirməyə yaxındır.
Sportliqa.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Orlando Siti" fransalı futbolçunu transfer etmək istəyir. ABŞ klubu həm "Atletiko" ilə, həm də 34 yaşlı forvardla danışıqlar aparır. Keçidin yaxın günlərdə rəsmiləşmə ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 12 qol vurub, 2 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az