"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş istefa verib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya 2:3 hesablı məğlubiyyətdən sonra postunu tərk etmək qərarına gəlib. Rəhbərlik Güneşin istefa ərizəsini qəbul edib və onunla yollarını ayırıb.
Mütəxəssis 2022-ci ilin oktyabrından "Beşiktaş"ı çalışdırırdı.