Azərbaycan millisinin kapitanı Emin Mahmudov “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə keçirəcəkləri oyun haqqında danışıb.
Sportliqa.az xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:
"Bu, bizim 2026-cı ildə ilk oyunumuzdur. Çalışacağıq ki, yaxşı çıxış edək. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik".
O, matçın çətinliyi barədə bunları söyləyib: "Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun, qalib gəlməliyik".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az