21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.
8-ci kilometr qəsəbə stadionunda keçirilən görüşdə Portuqaliya millisi 4 cavabsız qolla qalib gəlib.
27 mart
Avropa çempionatı
Seçmə mərhələ
Azərbaycan U-21 – Portuqaliya U-21 - 0:4
Qollar: Moreyra, 51, Parente,54, Şermiti, 67, Simoes, 76
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km qəsəbə stadionu
Azərbaycan millisi bu nəticədən sonra B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 16 xalla birinci pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az